Novruz bayramında Azərbaycan otellərində qiymətlər necə olacaq? –ARAŞDIRMA

0
6

Novruz bayramında Azərbaycan otellərində qiymətlər necə olacaq? –ARAŞDIRMA

Azərbaycanda böyük təntənə ilə qeyd edilən Novruz Bayramında vətəndaşlar istirahət üçün xarici ölkələrə üz tuturlar. Ancaq yerli istirahət mərkəzlərinə yollananlar da az deyil.

Strateq.az xəbər verir ki, Azərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlər üçün BAKU.WS qiymətlərlə maraqlanıb. Təbiətin qoynunda istirahət etmək istəyənlər lyuks otellərdə bayramı qeyd edəcək.

“Qafqaz Sport Hotel” Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beş ulduzlu rezort tipli oteldir. Qəbələ QafqaZ otellərində 22-24 Mart tarixlərində şou proqram təşkil edəcək.

“Qafqaz Sport” otelində qonaqlama qiymətlərinə daxildir:

– Yüksək komfortlu otaqlarda qonaqlama

– Səhər Yeməyi (İsveç masası)

– SPA Mərkəzindən istifadə

– Qapalı hovuz, Türk Hamamı və s. istifadə

– Yüksək Sürətli Wireless Internet

Əlavə qonaqlar üçün ödəniş:

Körpə: 0 – 6,99 yaş – pulsuz

Uşaq: 7 – 11,99 yaş: – 10 AZN

3-cü böyük (12 yaş və daha böyük): – 20 Azn

“Qafqaz Karvansaray Hotel” Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir. Qəbələ QafqaZ otellərində 22-24 Mart tarixlərində Viktorinalar “Kosa” və “Keçəl” uşaqları Novruz bayramının adət-ənənələri ilə tanış edəcək.

“Qafqaz Karvansaray” otelində qonaqlama qiymətlərinə daxildir:

– Yüksək komfortlu otaqlarda qonaqlama

– Səhər Yeməyi (İsveç masası)

– SPA Mərkəzindən istifadə

– Qapalı hovuz, Türk Hamamı və s. istifadə

– Yüksək Sürətli Wireless Internet

Əlavə qonaqlar üçün ödəniş:

Körpə: 0 – 6,99 yaş – pulsuz

Uşaq: 7 – 11,99 yaş: – 10 AZN

3-cü böyük (12 yaş və daha böyük): – 20 Azn

“Rixos Quba” otel kompleksi alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var. “Rixos Quba” otelində istirahət etməyə gələnlər həmçinin premium səviyyəli kotteclərdə də qala biləcəklər.

Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi iri bir ərazidə “Samaxi Palace Sharadil” oteli yerləşir. Şamaxı şəhərindən 19 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havası ilə bura gələn qonaqları məsum təbiətin təkrarolunmaz ab-havası ilə öz ağuşuna alır.

Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır. “Samaxi Palace Sharadil” qonaqlara öz memarlıq dəbdəbəsi və təmtərağından qat-qat üstün olan xidmətlərini və çoxsaylı tədbirlərini təklif edir:

1 gecədən 3 gecəyə qədər qiymət – 139 AZN-dən (BB) təqdim olunacaq

3 gecə qalan qonaqlar üçün qiymət – 129 AZN-dən (BB)

4 gecə qalan qonaqlar üçün qiymət – 119 AZN-dən (BB)

5 gecə və artıq qalan qonaqlar üçün qiymət – 109 AZN-dən (BB) təqdim olunacaq.

“Şamaxı Palace” otelində qonaqlama qiymətlərinə daxildir:

– Yüksək komfortlu otaqlarda qonaqlama

– Səhər Yeməyi Yemək Planı. Qalınan hər gün Səhər Yeməyi qiymətə daxildir (İsveç masası)

– Serenity SPA Mərkəzindən istifadə (Böyüklər və uşaqlar üçün hovuzlar, Türk və Fin Hamamları, Steam Room, Relaxation Room)

– Uşaq Əyləncə Klubu, Kosa və Keçəl Əyləncəli uşaq proqramları

– Oyun və Əyləncə Vasitələri (ödənişli və ödənişsiz)

– Fitness Mərkəzindən İstifadə

– İrish Pub-da hər axşam DJ Performansı və hər gün Lobby Canlı Musiqi saatları

– Yüksək Sürətli Wireless Internet

Əlavə qonaqlar üçün ödəniş:

– Bütün otaq kateqoriyaları üçün 6 yaşa qədər 2 uşaq ödənişsizdir (eksta bed daxil deyil, 1 extra bed üçün qiymət 20 AZN)

– 7-12 Yaş arası bir uşaq üçün otaq qiymətinə əlavə: 30 AZN (extra bed qiyməti daxildir).

– 12 yaşdan yuxarı (böyük) 3-cü şəxs üçün otaq qiymətinə əlavə: 45 AZN (extra bed qiyməti daxildir).

“Park Chalet Hotel”də bayram ərəfəsində 1 günlük qonaqlama 195 manatdır. Qiymətə səhər yeməyi daxildir və söhbət 2 nəfərlik sifarişdən gedir. Həftə içi isə 2 nəfər üçün bir gecəlik qonaqlama 135 manatdır.

“Pik Palace Hotel”də isə bayram günlərində 1 gecəlik 2 nəfər üçün qonaqlama 225 manatdır. Həftə içi günlərdə isə qiymət 160 AZN-dir.

“Garabag Resort”da Novruz bayramında 2 nəfərlik qiymət 138 manatdır. Maraqlısı bundadır ki, otellərdə qiymətlər kifayət qədər yüksək olsa da yerlər məhduddur.

Naftalanda yerləşən “Çinar Hotel”də bayram keçirmək istəyənlər 1 həftə istirahət üçün 1080 manat ödəməlidir. Bu ödənişi edənlər, hətta bayram ərəfəsində pulsuz müalicə də oluna bilər. Bir gecə istirahət üçün isə, nə az, nə çox 155 manat ödənilməlidir.

LEAVE A REPLY