Avropa Mərkəzi Bankından avro və dollarla bağlı kritik qərar…

0
7

Avropa Mərkəzi Bankından avro və dollarla bağlı kritik qərar…

Sabiq nazir ucuzlaşma anonsu verdi

Avropa Mərkəzi Bankı (AMB) İdarəetmə Şurasının bu gün keçirdiyi iclasında uçot dərəcəsinin 0,05%-dən 0%-dək endirilməsi barədə qərar qəbul edib.

AMB həmçinin depozitlər üzrə faiz dərəcəsinin -0,4%-dən -0,3%-dək endirilməsi barədə qərar qəbul edib.

Bu gün keçirilən iclasa qədər hesab edilirdi ki, AMB yalnız depozitlər üzrə faiz dərəcəsini aşağı salacaq. Uçot dərəcəsinin isə 0%-dək endirilməsi bazar iştirakçıları üçün gözlənilməz olub.

Bu qərardan dərhal sonra dollar, avro və qızıl sürətlə ucuzlaşmağa başlayıb. Avropa Mərkəzi Bankı son aylar bazarda aktivləri almaqla iqtisadiyyatın stimullaşdırılması proqramını həyat keçirir.

Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov məsələ ilə bağlı bildirib ki, Avropa Mərkəzi Bankının uçot dərəcəsini bu səviyyədə endirməsində məqsəd avronun müəyyən qədər ucuzlaşdırmaqdan ibarətdir: “Bu məsələ bir neçə ildir ki, müzakirə edilir. Burada əsas məqsəd Avropa Birliyinə daxil olan ölkələrdə ixracı stimullaşdırmaqdan ibarətdir”.

Sabiq maliyyə nazirinin sözlərinə görə, uçot dərəcəsinin 0%-ə endirilməsi manat-avro münasibətlərinə də təsir edəcək: “Avro manat qarşısında müəyyən qədər ucuzlaşacaq”.

Xatırladaq ki, dekabr ayında depozitlər üzrə faiz dərəcəsi 02%-dən 03%-dək qaldırılmışdı. Bu qərar isə dollar və avronun dünya birjalarında sürətlə bahalaşmağına səbəb olmuşdu.

Dollar dünya birjalarında sonuncu dəfə ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq barədə qərar qəbul etməsindən sonra başlayıb. Ötən il dekabr ayının 16-da FES uçot dərəcəsini baza faiz dərəcəsini illik 0–0,25%, rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edib. FES-in bu qərarından sonra Azərbaycan milli valyutası ikinci dəfə devalvasiyaya uğrayıb.

LEAVE A REPLY