Təxribata hazırlaşan düşmənə qabaqlayıcı zərbə endirildi, itkilər var (VİDEO)

0
2

Təxribata hazırlaşan düşmənə qabaqlayıcı zərbə endirildi, itkilər var (VİDEO)

Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, silahlı bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.

Bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda yer alıb.

Bildirilib ki, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir:

“Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcəkdir”.

LEAVE A REPLY