“Poroşenko Putinlə danışıqlara başlayır”

0
2

“Poroşenko Putinlə danışıqlara başlayır”

Rusiya prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə qaz məsələsinə görə danışıqlara başlayacaqlar. Bunu Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Hünter Ettinger deyib.

O bildirib ki, əvvəllər energetika nazirləri səviyyəsində aparılan danışıqların formatında dəyişiklik gözlənilir və müzakirələrdə prezidentlər iştirak edəcək.

H. Ettinger Rusiya-Ukrayna-Avropa Birliyi formatında keçiriləcək görüşün tarixi yaxın 48 saat ərzində bilinəcəyini qeyd edib. Komissar bildirib ki, onlar qazın qiyməti məsələsində Rusiya ilə razılaşmaya nail olmağa çalışırlar.

LEAVE A REPLY