Naxçıvanda dəhşətli yol qəzası – 5 nəfər öldü, 3 nəfər yaralandı

0
2

Naxçıvanda dəhşətli yol qəzası – 5 nəfər öldü, 3 nəfər yaralandı

Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında muxtar respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən “KamAZ” markalı hərbi maşın minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb. Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin arasında azyaşlı da var.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

LEAVE A REPLY