Rusiyalı keçmiş nazir:Zika virusu ABŞ-ın kimyəvi silahıdır

0
5

Rusiyalı keçmiş nazir:Zika virusu ABŞ-ın kimyəvi silahıdır

Öldürücü Ebola virusu haqda söz-söhbət hələ səngiməmişdi ki, növbəti təhlükəli qızıdırma planeti bürüdü. Zika virusunun dünyada yayılması bütün ölkələrin həkim və ekspertlərinə rahatlıq vermir. Zika virusunun doğurduğu xəstəliyin alovu Afrika, Şimali və Cənubi Amerika, Asiya və Sakit okean bölgəsində qeydə alınıb.

Ciddi təşviş müşahidə olunur, çünki Zika qızdırması getdikcə yeni-yeni əraziləri bürüməklə qüvvə toplayır. “Роспотребнадзор”-un keçmiş rəhbəri Gennadi Onişenko bununla bağlı kifayət qədər cürətli fikir ifadə etdi:

“Zika virusu Qərbin bioloji silahını təmsil edir”.

Роспотребнадзор-un keçmiş başçısının bu fikri tezliklə britaniyalı mütəxəssislər və KİV-in rəyi ilə təsdiq olundu. Söhbət ABŞ Silahlı Qüvvələrinin Rusiya sərhədi yaxnlığında yerləşmiş konkret mikrobioloji laboratoriyasından gedir. 2012-ci ildən onun yerləşdiyi bölgədə Zika virusunun asanlıqla daşıyıcısı ola bilən ağcaqanadın yeni yarımnövünün meydana çıxması faktı qeydə alınır. Yayıcı ağcaqanadlarla virusa yoluxmaq isə qabaqlayıcı xarakter daşıya bilər.

Düzünü desək, bu cür söhbətlər hələ Ebola dönəmində var idi. Tamamilə mümkündür ki, burada da təbii proseslərə müdaxiləsiz baş verməyib. Həm də virusun süni şəkildə yayılmasına işarə edən müəyyən faktlar var.

Gennedi Onişenkonun fərziyyəsinin gözlənilməz təsdiqi Böyük Britaniyada tapıldı. Britaniya nəşri Mirror-un məlumatına görə, Zika virusunu Rokfeller Fondunun genetikləri yarada bilərdi. Məqalə müəllifinin şəxsi mənbələrinə istinadən qeyd etdiyi kimi, epidemiyanın Braziliyada meydana çıxması təsadüfi deyil.

Mütəxəssislər hesab edirlər: “Zika virusu şəkli dəyişilmiş kimyəvi silahdır”.

Mirror-u məlumatına əsasən, Zika virusu hələ 2012-ci ildə buraxılıb və o vaxt ağcaqanadlara yoluxdurulub. Bu, ABŞ-ın mümkün düşmən saymaqda davam etdiyi Rusiyanın ərazisinə düzəlməz ziyanlar vura biləcək vahiməli bioloji silah yaratmaq cəhdlərinə işarə edə bilər. Və etiraf etməyinə dəyər ki, bu cür variant tamamilə ağlabatandır, axı bir neçə yüz “zəhərli” ağcaqanad yollamaq çətin iş deyil.

Rəsmi Pentaqon nəzarət müəssisəsinin keçmiş rəhbərinin sözlərinə hələlik heç bir reaksiya verməyib. Bu, tamamilə anlaşılandır, çünki əlavə sualların meydana çıxması ehtimalı var – məsələn, son onilliklərdə ölümcül təhlükəli xəstəlik nümunələrinin “bilməyərəkdən” itirilməsi halları haqda.

İstənilən halda, Onişenkonun bəyanatı ciddi şəkildə araşdırılmalıdır. Kəşfiyyat aparmaq, onlarla ağcaqanadı müayinə etmək və s. lazımdır. Bu prinsipcə mühüm məqamdır və işlənilməlidir… Demək olar ki, milli təhlükəsizlik məsələsidir.
Hazırda Rusiya təbibləri Роспотребнадзор-un təmsilçiləri ilə birgə Zika virusu kimi epidemiyaların Rusiya ərazisinə buraxılmaması üçün artıq kompleks sanitar-epidemioloji tədbirləri keçirirlər.

Oko planeti.su (Rusiya)
29.02.2016

LEAVE A REPLY