Sadə, mürəbbəli piroq resepti
Tərkibi:
200 q marqarin
1 st. şəkər tozu
1 st. un
1 yumurta
0,5 ç.q. soda
1 çimdik duz
mürəbbə
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə qarışdırın.
Yağı əridin, yumurta və şəkər tozu qarışığına əlavə edin. Un, soda, duz qatıb qarışdırın. Xəmir çox elastik alınır.
Xəmirin 1/4-ni dondurucuya qoyun. Qalanını əlinizlə siniyə bərabər qaydada yayın (nazik qat). Üzərinə sevdiyiniz mürəbbəni çəkin.
Soyuducudakı xəmiri çıxarın, sürtgəcin iri gözündən piroqun üzərinə keçirin.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri azca qızaranadək bişirin.