“Qisas günü olacaqmı?!”

0
4

“Qisas günü olacaqmı?!”

Ramiz Tağıyev:“Qisas eşqiylə yaşayan ölkədə villapərəstlik hökm sürməməliydi”

Bu gün Azərbaycanda və dünyanın bir çox ölkələrində Xocalı Faciəsnin 24 illiyinə həsr olunmuş anım tədbirləri keçirilib. Keçirilən tədbirlər sayəsində Azərbaycanın Xocalı adlı faciəsi dünya ictimaiyyətinə bir daha çatdırılıb. Tədbirlərlə yanaşı, bir çox tanınmış siyasətçi də Azərbaycan xalqına baş sağlığı verərək, faciə qurbanlarını bir daha xatırlayıblar. Tanınmış siyasətçi, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev sosial şəbəkə vasitəsilə Xocalı faciəsinin qurbanlarını anıb. O, etiraz dolu statusu ilə, hələ də düşməndən şəhidlərin qisasının alınmamasını qınayıb.
R.Tağıyevin statusunu nəzərinizə çatdırırıq:

“Bu günü də yola salırıq… Xocalı “böyük”lərin yadına birdə düz bir il sonra düşəcək. “İş”ləri çox olacaq. Vəzifəni qoruyub-saxlamaq, biznesə nəzarət, villaların sayını artırmaq, oğulun bəyəndiyi son model avtomobili əldə etmək…
24 İldir ki, “Lazım”ı beləcə gözləyə-gözləyə, hərəmiz bir cür illəri ötüşdürürük. Kasıblar müharibə şəraitində, məmurlar cənnətməkanda ömür sürməkdədir. Yəni birincilər sürünməkdə, ikincilər isə məsti-xumar olub uçmaqlarındadır. Bu gedişlə nə “LAZIM” gələcək, nədə ki, xəyallarımızda yaşatdıgımız “AG ATLI OGLAN”. İnanın ki,onlar da artıq bizdən üz döndərib. Deyiblər ki,dözümlü xalq oldugunuzu bütün dünyaya nümayiş etdirdikdən sonra, bu adı üstünüzdən götürməyə ehtiyacınız var?! Axı,qisas almaq istəyində bulunsaz, onda müharibə başlayar, toplar atılar… Və sizin qanınız, canınız bahasına ərsəyə gətirilmiş villalar top mərmilərinə tuş gəlib, darmadagın olar. Gecikmisiniz deyirlər… QİSAS Eşqiylə yaşayan ölkədə villapərəstlik hökm sürməməliydi. XOCALInı qan gölünə çevirən rusların qarşısında dizləriniz əsməməli, bir daha onun boyunduruğu altına düşməyə meylli olmamalısınız,deyirlər. Qisas Eşqiylə alışıb-yanan ölkənin rəhbərləri sərvət toplamaq yarışı təşkil etməməlidir,deyirlər.Ölkəmizdə bu illər ərzində bir şüar səslənməliydi;Hər şey qisas üçün, hər şey qələbə üçün. Biz nə etdik? Dişimizi bir-birimizə qıcadıq. Azacıq tənqidə dözməyib, qanı qanımızdan, canı canımızdan olanları həbsxanalara doldurduq.
Ağırdır, acılıdır bu günü bir an belə unutmaq…Çətindir, dəhşətlidir qisas günün görmədən dünyadan köç edəcəyimiz gün barədə düşünmək… Əlimdən nə gəlir ki? Təkcə… Bağışlayın bizi ŞƏHİDLƏRİMİZ… Bağışlayın bizi erməni əsirliyində zülm çəkən qardaş,bacılarımız! Bir “təskinliyiniz”ola bilər, bu illər ərzində on minlərlə villalar ucalda bilmişik, bir o qədər də “ferrari” almışıq…İndi Siz deyin,qisas günü olacaqmı?”

LEAVE A REPLY