Narkotik alverində təqsirləndirilən şəxs BƏRAƏT aldı – BAKIDA

0
6

Narkotik alverində təqsirləndirilən şəxs BƏRAƏT aldı – BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Əmircanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Namiq Əmircanova bəraət verilib. Məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama görə Namiq Əmircanov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

LEAVE A REPLY