“Fitch” neftin qiyməti üzrə proqnozu 22% azaltdı

0
6

“Fitch” neftin qiyməti üzrə proqnozu 22% azaltdı

“Fitch” Beynəlxalq Reytinq Agentliyi 2016-cı il üçün neftin qiymətinin proqnozunu 22,2% – bir barel üçün 45 dollardan 35 dollara qədər azaldıb. Trend-in məlumatına görə, bu barədə Fitch-in açıqlamasında bildirilir.

Agentliyin yeni ssenarisinə əsasən, bu il “Brent” və WTI neft markalarının orta qiyməti 35 dollar səviyyəsində olacaq.

Belə proqnozun səbəblərini açıqlayan “Fitch” qışın isti keçməsini və bunun nəticəsi olaraq yanacaq ehtiyatlarının çoxalmasını, OPEK ölkələri tərəfindən yanvar ayında hasilatın artırılmasını qeyd edir. Bundan başqa, qlobal iqtisadi artım üzrə proqnozların pisləşməsi də səbəb kimi göstərilir.

Fitch-in stress (bədbin) proqnozuna əsasən, 2016-cı ildə neftin bareli orta hesabla 25 dollar olacaq.

LEAVE A REPLY