Trüfel tortunun hazırlanması

0
6

Trüfel tortunun hazırlanması

225 q kərə yağı
460 q 55-70%-li şokolad
9 yumurta
100 q şəkər tozu
1/4 ç.q. limon duzu və ya 0,5 ç.q. limon şirəsi
kakao tozu (bəzək)

Hazırlanması

23 sm diametrli forma gərək olacaq.

Şokoladla yağı daim qarışdıraraq vam odda əridin.

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını şəkər tozu ilə 5 dəqiqə ərzində möhkəm çalın.

Bu qarışığı soyumuş yağlı şokoladla qaşıqla qarışdırın.

Yumurta ağlarını ayrıca limon duzu ilə çalın. (Beze halınadək çalmaq lazım deyil, yoxsa çalınmış yumurta sarıları ilə qarışmayacaq).

Çalınmış yumurta ağlarını ehtiyatla, qaşıq-qaşıq, altdan-yuxarı olmaqla yumurta sarılarıyla qarışdırın (mikserdən qətiyyən istifadə etməyin).

Kənarları açılan formanın dibini və divarlarını yağlayıb un səpin. Xəmiri içinə töküb hamarlayın.

Əgər forma kənarları açılan deyilsə, o zamani içinə folqa döşəyin ki, korju çıxarmaq asan olsun.

150 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin (maksimum 40 dəqiqə).

Əgər daha uzun müddət bişirsəniz, o zaman korj adi biskvitə dönəcək.

Göstərilən müddətdən sonra trüfel tərpədəndə “titrəyəcək”, xüsusilə də ortası, amma bu belə də olmalıdır. 1 gecə soyuducuda qalandan sonra normal halına gəlib bərkiyəcək.

Tortu formada tam (!) soyudun, bundan sonra 1 gecə soyuducuda saxlayın.

Tortu doğramaq asan olsun deyə bıçağı qızdırın. Dilimi kəsərkən bıçağı dibəcən batırın, sonra yuxarı qaldırmadan özünüzə tərəf çəkin.

Nuş olsun!

LEAVE A REPLY