“Azercell brendinin qalıb – qalmaması yeni səhmdardan asılı olacaq”
Xəbər verdiyimiz kimi Azercell-in də səhmdarı olan “Teliasonera” Asiya, o cümlədən Azərbaycan bazarından çıxmağı planlaşdırır. Gözlənilir ki, “Teliasonera”nın payını digər səhmdar “Türkcell” alacaqdır. Lakin bu baş tutmaya da bilər.
Bəs “Teliasonenera”nın “qanadı” altından çıxacaq Azercell mövcud brend ilə yoluna davam edəcək, yoxsa bu brenddən imtina olunacaqdır?
Bu gün keçirilmiş mətbuat konfransında şirkətin rəhbəri Vahid Mürsəliyev bildirib ki, gələcəkdə Azercell-in yeni səhmdarının yeni strategiyası ola bilər:
“Mən bu barədə bir söz deyə bilmərəm. Sahibkarlın kim olmasından asılı olmayaraq, Azercell öz mövqeyini saxlayacaq, şəbəkəsini yaxşılaşdıracaq, xidmətin keyfiyyətini daha da yüksəldəcək və abunəçilərinin sayını artıracaqdır. Azercell brendinin qalıb-qalmaması yeni səhmdardan asılı olacaq. Bu səhmdarın qərarı olacağından, mən bu barədə də bir söz deyə bilmərəm. Mənim fikirimcə, Azercell brendindən imtina edilməsi məqsədəuyğun olmaz. Çünki bu brend əhali tərəfindən yaxşı tanınır və etibar edilir”.