Daha bir avtobus qəzası – Yaralılar var

0
2

Daha bir avtobus qəzası – Yaralılar var

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

LEAVE A REPLY