ABŞ:”Rusiya Suriyada atəşkəsi pozarsa, müxalifətə dəstəyi artıracağıq”

0
6

ABŞ:”Rusiya Suriyada atəşkəsi pozarsa…”

ABŞ Rusiyanın Suriya ilə bağlı əldə edilmiş atəşkəs sazişini pozacağı təqdirdə, hansı addımları atacağını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ administrasiyası bu halda suriyalı müxaliflərə dəstəyini genişləndirəcəyini bildirib. Müxaliflər avatexnika və canlı qüvvə ilə təmin olunacaq.

Xatırladaq ki, Suriyada atəşkəsin elan edilməsinə dair razılıq əldə olunub. Atəşkəslə bağlı saziş layihəsi Rusiya və ABŞ tərəfindən imzalanıb.

Suriya hökuməti və əsas müxalifət qruplaşmaları ABŞ-Rusiya sülh planını qəbul edib və şənbə günündən atəşkəsə əməl olunmasına razılıq verib. Hökumətin bildirdiyinə görə, plana uyğun olaraq döyüşlər dayandırılacaq. Lakin müxalifət bildirib ki, atəşkəsi yalnız dinc sakinlərə qarşı mühasirə və hücumların dayandırılması şərtilə qəbul edir. O da bildirilib ki, razılıq Suriyadakı iki böyük cihadçı qruplaşmaya – İŞİD-ə və «Əl-Qaidə»nin bir qolu olan «Ən-Nüsra Cəbhəsi»nə aid edilməyəcək.

LEAVE A REPLY