İrana casusluq edən azərbaycanlıya ağır cəza

0
7

İrana casusluq edən azərbaycanlıya ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına casusluqda ittiham olunan Xaqah Rauf Kərimli və Samir Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-a xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İran vətəndaşı Xaqah Rauf Kərimli 15 il və Azərbaycan vətəndaşı Samir Həsənov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilib.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. İran İslam Respublikasının “İslam İnqilabının Mühafizəçiləri Korpusu”– “SEPAH”ın əməkdaşı Xaqah Rauf Kərimi və Samir Həsənov İrana casusluq etməkdə ittiham olunublar.
İttihama görə, Xangah Rauf Kərimli İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) əməkdaşı Əli Cəlilinin tapşırığı əsasında Azərbaycan vətəndaşlarını məxfi əməkdaşlığa cəlb edib. Onların vasitəsilə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi zərərinə olaraq istifadə etmək məqsədilə məlumatlar əldə etmək üçün casusluq edib, odlu silah, döyüş sursarları əldə edərək həmin silahları Azərbaycana gətirib.

Teleqraf.com-un xəbərinə görə, İran İslam Respublikasının “Bozarqani Borna Ticarət Azərbaycan” şirkətinin direktoru Xaqah Kərimi 2011-ci il, aprelin 3-də Samir Həsənovu SEPAH nümayəndəsi Əli Cəlili ilə tanış edib, onun məxfi əməkdaşlığa cəlb olunmasına köməklik göstərib. Əli Cəlili Samir Həsənova Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yerləşən hərbi bazalarının yerlərinin müəyyənləşdirilməsi, Amerika-Azərbaycan münasibətlərinə dair məlumatlar toplamaq barədə tapşırıq verib. Bundan başqa, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin birində gizir rütbəsində xidmət edən tanışı Xəlilov Səftər İlham oğlunun yanına gedərək gələcəkdə SEPAH-ın nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb olunması məqsədilə onunla münasibətləri yaxşılaşdırmağı, Astara şəhərində dəniz kənarında yerləşən hərbi hissələrin fotoşəklini çəkərək ona çatdırmaq barədə əmr verib.

Samir Həsənov isə onun tapşırıqlarını yerinə yetirəcəyinə söz verib. Ə.Cəlilinin tapşırığı ilə o, “Azadlıq” qəzetinin saytına daxil olub, ABŞ və Azərbaycan arasında olan münasibətlərə dair məlumatları toplayaraq çap edib. Bundan sonra 2011-ci il, mayın 17-də İrana gedərək hər iki şəxslə görüşüb.

Xaqah Kərimli digər Azərbaycan vətəndaşı Elşad Xankişiyevi də məxfi əməkdaşlığa cəlb etmək istəyib. Əli Cəlili Elşada Astara rayonundakı Şahağacı kəndi ərazisində hərbi maşının üzərinə quraşdırılmış lokatorun fotoşəklini çəkməyi və Lerikdə yerləşən “Relax” istirahət mərkəzindən məlumatlar toplayaraq ona çatdırmağı tapşırıb. Bunun müqabilində isə hər ay ona 400 dollar verəcəyini deyib.

Xaqah Kərimli ETTELAAT və SEPAH əməkdaşlarının tapşırığı əsasında əldə etdiyi silah-sursatı qaçaqmalçılıq yolu ilə gömrükdən gizli keçirərək Azərbaycana gətirib və kirayə yaşadığı evdə – Bakı şəhəri, Neftçilər prospekti 145, ev 137 “A”da saxlayıb.

Ötən il iyun ayının 8-də qeyd olunan ünvanda axtarış aparılarkən oradan çoxlu sayda silah-sursat tapılıb.

LEAVE A REPLY