İŞ ADAMI FƏRYAD EDİR: “KLİNİKAMI İŞLƏTMƏYƏ ƏNGƏL YARADIRLAR…”

0
6

İŞ ADAMI FƏRYAD EDİR: “KLİNİKAMI İŞLƏTMƏYƏ ƏNGƏL YARADIRLAR…”

Tanınmış iş adamı Vüsal Həsənov təzyiqlərlə üzləşdiyini bildirir. O, Azinforum.az-a verdiyi qısa açıqlamada bildirib ki, bir iş adamı olaraq ona fəaliyyət göstərməyə imkan vermirlər:
“Bilirsiniz ki, ölkə başçısı dəfələrlə iş adamlarını incitməmək barədə tapşırıq verib. Ancaq mən öz simamda bunun əksini görürəm. Bəzi səlahiyyət sahiblərinin əməllərindən görünür ki, onlar şəxsi mənfətləri naminə özəl sektora istənilən təzyiqi etməyə hazırdılar. Bununla da, həm qanunları pozurlar, həm də Prezidentin göstərişlərinə əməl etmirlər. Şəxsən mənə sahibi olduğum klinikanı işlətməyə imkan vermirlər”.
Vüsal Həsənov daha sonra bildirdi ki, özünə qarşı edilən bütün haqsızlıqlarla bağlı keçirəcəyi mətbuat konfransında ətraflı məlumat verəcək.
Azinforum.az iş adamının mətbuat üçün yaydığı dəvəti təqdim edir:
“25 fevral 2016-cı il tarixdə, saat 15:15-də sahibkar, FBM Estetik Klinikasının qurucusu Vüsal Həsənov sahibkarlığa və birbaşa onun özünə olan təhdid və xuliqanlıqlar, o cümlədən Nəsimi rayon Məhkəməsinin sifarişli qərardadı ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət məqsədi ilə mətbuat konfransı keçirəcəkdir. Bütün media mənsubları dəvətlidir”.

LEAVE A REPLY