“Müsavatda qarşıdumalar paçalanmaya və yenidən istefalara gətirib çıxaracaq“

0
6

“Müsavatda qarşıdumalar paçalanmaya və yenidən istefalara gətirib çıxaracaq“

Aydın Hüseynov: “Hazırda sədrlik uğrunda gedən savaş bunu deməyə əsas verir”

Qurultay mövzusu artıq Müsavat partiyasında başqa kontekstdə müzakirə olunur. Partiyadaxili ziddiyyətlərin dərinləşdiyi bildirilir. Başqanlığa iddialı namizədlərdjən hesab olunan Arif Hacılının və Qubad İbadoğlunun tərəfdarları Müsavat funksionerləri ilə gizli görüşlər keçirir, onları ələ almağa çalışırlar.
Buna münasibətini açıqlayan Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov vurğuladı ki, Müsavat Partiyasının qurultayının baş tutmamasının səbəbi onsuz da hamıya bəlli idi. Onun sözlərinə görə, bu partiyanın qurultay məsələsi qeyri-ciddi mövzuya çevrilib: “Qruplaşmalara gəlincə isə, bu gözlənilən idi. Müsavatda parçalanmalar qaçılmazdır və bu proses artıq dərinləşib. Müsavatdaxili ziddiyyətlər və qruplaşmaların bir-birinə qraşı fəaliyyəti onu deməyə əsas verir ki, bu partiya monolit deyil. Bunları həmişə milli maraqlar, dövlətçilik deyil, şəxsi mənafeləri, o cümlədən vəzifə maraqlandırır. Hazırda sədrlik uğrunda gedən savaş, intriqa bunu deməyə əsas verir. İstənilən halda vəziyyətləri acınacaqlıdır və çıxılmaz durumdadırlar. Müsavatda qarşıdumalar paçalanmaya və yenidən istefalara gətirib çıxaracaq”.

LEAVE A REPLY