Səhiyyə Nazirliyi:Avtobus qəzasında yaralananlardan ikisi reanimasiyaya yerləşdirilib
Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılardan ikisi reanimasiyaya yerləşdirilib. Digər iki xəstə isə travmatologiya şöbəsindədir.
Bu barədə report.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, digər yaralıların vəziyyəti isə orta-ağır olaraq qalır.
Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.