Aya 8 kilo arıqla – Adriana Limanın PƏHRİZİ

0
9

Aya 8 kilo arıqla – Adriana Limanın PƏHRİZİ
Məşhur modelin gündəlik qida rasionu

“Victorias Secret”in dünyaca məşhur gözəl mələklərindən biri olan Adriana Lima bu pəhrizlə ayda 8 kilo atır.

Gözəlliyi, cazibədar vücudu ilə hər kəsi heyrətə salan Adriana Limanın nə yediyi sizin üçün də maraqlıdır, elə deyilmi?

Adriana Limanın gözəl bədən quruluşunun sirri brokolidir. Cazibədar model səhərlər bol meyvəli süfrə, günorta salatlar, axşam yeməyin də isə brokoli kələminə üstünlük verir.

Səhər yeməyi
– 1 ədəd alma, 1 ədəd ananas, 1 ədəd armud, 1 salxım üzüm və kruasan

– 150 ml yağsız südlə əzilmiş kəpəkli biskivit və böyük stəkan şəkərsiz portağal suyu.

– 1 qutu qatığı 1 çay qaşığ bal və 2 xörək qaşığı quru üzümlə qarışıdırın. Yarım bananı dilimləyib üzərinə əlavə edin.

Günorta yeməyi

– 2 dilim kəpəkli çörək, 2 incə dilim vetçina, 1 dilim ananas və kalorisiz krem karamel.

– Kahı, sarımsaq, 2 çay qaşığı pamersan pendirinin üzərinə 1 çay qaşığı yağsız salat sousu əlavə edin. Şirniyyat yerinə iki çay qaşığı meyvə salatı bəsdir.

– Kahı, xiyar, yaşıl bibər və 75 qram az kalorili pendiri qarışdırın. Üzərinə 1 çay qaşığı sous əlavə edin. İçki olaraq 1 stəkan pomidor suyu için.

Axşam yeməyi

– 2 kök və 2 brokoli qabığını qaynadın. Pomidoru doğrayıb əlavə edin, 5-6 dəqiqə bişirin.

– 50 qram makaron qaynadıb süzün. Hazırladığınız brokoli qarışımını üzərinə əlavə edin. Pendir də səpə bilərsiniz.

– 2 dilim bifşteks, 2 xörək qaşığı pomidor salatı, 1 çay qaşığı yağsız salat sousu tökülmüş yaşıl salat və 1 kəpəkli çörək.

LEAVE A REPLY