ALIŞANOV QULU MƏHƏRRƏMLİYƏ İCTİMAİ LİNÇ QURUB!

0
7

ALIŞANOV QULU MƏHƏRRƏMLİYƏ İCTİMAİ LİNÇ QURUB!
Sərdar ƏLİBƏYLİ

Kim nə deyir düsin, mən yenə də bir fikrimin üzərində qalıram ki, çağdaşlıqdan çox-çox uzaq olan, çağdaş Azərbaycanın bütün sahələrinin nə yerdə, nə də göydə analoqu var. Bu nə yaaa, Qulu Məhərrəmlinin bir müsahibəsi və 3-5 gerçəkdən ağrılı məsələyə münasibəti, dövlət televiziyasının ona qarşı linçxanaya çevrilməsinə səbəb olub. Dünyanın heç bir ökkəsində, hətta Somalidə, Zimbabvedə, Fil Dişi Sahilləri kimi ekzotik ölkələrdə belə, bunu eləmək, eləyə bilmək kimsənin ağlına da gəlməz, gələ bilməz. Efirlər, ekranlar, televiziya çalışanları bütünlüklə bu işə səfərbər olunub. Dediyim kimi, nə var-nə var, Qulu Məhərrəmli bir müsahibə verib.

Ya, qardaşım, burası dağ başımı, baxın, indi sosial şəbəkələrdə, müxtəlif saytlarda ölkə başçısının belə ciddi tənqidinə, həm də dəfələrlə rast gəlinirsə, Arif Alışanov barəsində niyə olmamalıdı ki? Nə vaxtacan bu məmləkətin vəzifə və səlahiyyət sahibləri görəv yerlərindən görünən sifətlərini düzəltmək əvəzinə, güzgüləri sındırmaqla baş girəliyəcəklər axı? Enində-sonunda, bu adam televiziya rəhbəri kimi özünü haqlı bilirsə, o da getsin bir-iki saytda müsahibə verib, özünün haqlı-haqsız tərəflərini ortaya qoysun. Daha prezidentin belə eləmədiyi işləri görməyə, addımları atmağa nədi bunu vadar eliyən? Dövlətin televiziyası bunun şəxsi evi, ata yurdu, dədə mülkü, orda çalışanlar isə bunun qul-qaravaşı, cariyələridimi ki, öz ağlınnan efiri “publiçnıy kazn” meydanına çevirə bilir. Bu kolxozun sədri, partkomu bəs hardadılar, niyə buna bir başa salan yoxdu ki, balam, sən “AzTv bəyliyi”nin bəyzadəsi-filan yox, dövlət televiziyasını sədrisən və davranışların da ona uyğun olmalıdı.

Məncə burda ən maraqlı olan nədir, bilirsinizmi, əslində bu hərəkətlərinnən Arif Alışanov Qulu Məhərrəmlinin söylədiklərində tam haqlı olduğunu ortaya qoyur, dediklərinin isə birəbir həqiqət olduğunu sübut edir və etməkdədi. İşin ən maraqlı və ən vahim tərəfi də burda gizlənib. Deyillər ya, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı, ya da rusların bir atalar sözü burda lap yerinə düşür:
“Слушай, Фема, если нервничаешь, значит виновать!!! “

Ama bütün hallarda, dünyanın belə dolaşıq bir vaxtında və Azərbaycanın iqtisadi-siyasi böhran içərisində çabaladığı bir zamanda dövlətin televiziyasının da, onun rəhbərliyinin də, çalışanlarının da əsas vəzifələri intriqalara qoşulub, öz tarixi missiyalarını arxa plana keçirmək ola bilməz. Kəndinizə gəlin, cənablar, indiki ağır zamanda, belə mənasız savaşlarda Azərbaycanın maraqlarına xidmət görəvindən yayınmaq milli və millətə də, dövlətə də xəyanətdən betərdi. Tarix və zaman bizi böyük savaşların mərkəzinə gətirib və burda əsas görəvlərdən biri və əsas məsuliyyət də televiziyaların, məxsusən də dövlət televiziyasının çiyinlərindədi.

Qulu M.arif alışanov-1Heç olmasa onu anlayırmısan ki, indi etdiklərinin adı vəzifədnn suı-istifadədi və çanağın kimin başanda çatlayacağı məsələsi var qabaqda. Və bu baş sənin özününkü də ola bilir. Həm də ona görə ki, son zamanlar “razmeri iri olan başlar” da çanaq çatlatmaq çox dəbdədi. Hələ nə bilmək olur ki,
“KİMİN OLACAQDIR SON HÖKM, SON QƏRAR,
NECƏ QURTARACAQ BU VURUŞMALAR?”!!!

LEAVE A REPLY