“Biz Azərbaycana ağır zərbə hazırlayırıq”

0
2

Erməni generaldan iddia…

“Biz Azərbaycana ağır zərbə hazırlayırıq”

Bu açıqlama ilə ehtiyatda olan erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. O, Bakının məsələni öz xeyrinə həll etməyə çalışdığını bildirib:
“Azərbaycan özünün enerji və digər üstünlüklərinə görə müharibəni başlada bilməz. Həmçinin, İran və digər qrupların da maraqlarını burada nəzərə almaq lazımdır. Bakı sadəcə olaraq Qarabağın həllini öz xeyrinə həll etməyə çalışır. Ermənistan gərək cavab versin ki, onun zəifliyi haqqında heç bir təsəvvür yaranmasın”.
Qeyd edək ki, general Ter-Tadevosyan Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinə rəhbərlik edib. Məhz onun rəhbərliyi altında ermənilər rus hərbi birləşmələrinin yardımı ilə Şuşanı işğal etməyi bacarıb.

LEAVE A REPLY