Ətli Blinçikin xəmirini hazırlamağın ən asan resepti- Video

0
2

Ətli Blinçikin xəmirini hazırlamağın ən asan resepti- Video

Blinçik Üçün:

Yumurta 2 əd
şəkər tozu-1 xörək qaşığı
süd 2 stəkan
un 1 – 1/5 stəkan
bitki yağı 2 xörək qaşığı
bir çimdik duz

İç üçün:

çəkilmiş mal əti 500 q
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün bitki yağı

Hazırlanması

Əvvəlcə içi hazırlayırıq. Bunun üçün tavada 2 xörək qaşığı bitki yağında soğan və əti qızardırıq. Duz, istiot əlavə edirik.

İndi isə blinçikləri hazırlayın.

Kiçik tavanın dibinə yağ tökün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün

Sonra tavada bir qədər bitki yağı qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Ətli blinçiklərimiz hazırdır.

Nuş olsun!

LEAVE A REPLY