Roma papası ölüm hökmünü ləğv etməyə çağırıb

0
2

Roma papası ölüm hökmünü ləğv etməyə çağırıb

Poma papası dünya ictimaiyətini ölüm hökmünü ləğv etməyə çağırıb.
Papa çağırışı bu yaxınlarda keçiriləcək ədliyyə nazirlərinin 9-cu beynəlxalq konqresindən əvvəl səsləndirib. Məlumata görə, papa bazar günü duasında bütün dünya dövlətlərinə müraciət edərək, bu məsələdə razılığa gəlməyə çağırıb.
Dini lider dövlət başçılarına müraciətində deyib: “Kim özünü katolik hesab edirsə, bu müqəddəs il bir dənə də olsun ölüm hökmü verməsin”.
Onun bu sözlərini Müqəddəs Petra meydanına yığışanlar alqışlarla qarşılayıblar.

LEAVE A REPLY