Diyetik balqabaq keksi (şəkərsiz və unsuz)

0
5

Diyetik balqabaq keksi (şəkərsiz və unsuz)

Diyetik məmulatlar ona görə yaxşıdır ki, onlar diyet və ya fiquranın qaydaya salınması zamanı piroq, peçenye, keks kimi sevimli konditer məmulatlarından imtina etməyə imkan vermir.
Onlar eyni zamanda dadlı, xeyirli və kalorisiz ola bilir. Dadlı şirniyyat həvəskarları üçün bundan yaxşı nə ola bilər?
Balqabaqla bişirilən məmulatlar belə diyetik yanaşmaya nümunədir, çünki balqabaq piroqlardan tutmuş qarnirlərə qədər bir çox yeməklərin hazırlandığı, olduqca xeyirli məhsuldur.
Balqabaq keksləri
Əgər şirin balqabaqdan istifadə edirsinizsə, bu zaman kekslər şəkər əlavə etmədən belə şirintəhər olur və çayın yanında və ya isti halda səhər, həmçinin də axşam yeməyi üçün ideal variant ola bilər.

Lazım olan məhsullar:
– balqabaq – 400 qr
– kök – 200 qr
– yumurta – 2 ədəd
– yulaf əzməsi (qerkules) – 100 qr. (1 stəkan)
Ədviyyatlar: muskat qozu, zövqə görə zəncəfil, bir çimdik duz.
Hazırlanması: balqabaq və kök xırdalanır (blenderdə, üyüdücüdə və ya sürtgəcdən keçirilir), qarışdırılır və yumurta, yulaf əzməsi, duz və ədviyyatlar əlavə edilir. Hamısı yaxşı qarışdırılır və alınan kütlə silikon qəliblərə yerləşdirilır. Təxminən 12 ədəd keks alınır.

Kekslər 180 dərəcə qızdırılmış sobaya qoyulur və yüngül qızarana kimi təxminən 40 dəqiqə ərzində bişirilir. Sobadan çıxardıqdan sonra bir qədər soyumasını gözləyir və isti halda hər hansı sous, giləmeyvə, mürəbbə, xama və ya yoqurtla servis edirilir.

Dadlı və kalorisiz (təqribən 1 əd. 95 kkal) balqabaq keksləri soyuq halda da çay və ya kofenin yanında çox ləzzətlidir.
Sadə şəkildə və tez bişən bu kekslər ancaq xeyirli və təbii inqridientlərə malik olduğu, tərkibində şəkər və un olmadığı üçün sağlam və diyetik qida hesab edilə olar.

Nuş olsun!

LEAVE A REPLY