OPEC və Rusiya neftlə bağlı razılığa gəldi- Qərar

0
3

OPEC və Rusiya neftlə bağlı razılığa gəldi- Qərar

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə Rusiya xam neft hasilatının stabil saxlanılması ilə bağlı razılığa gəliblər.
Bu barədə razılıq Qətərin paytaxtı Dohada keçirilən OPEC-ə üzv bəzi ölkələrin və Rusiyanın enerji nazirlərinin görüşündə əldə olunub.
Dünyanın iki ən böyük neft istehsalçısı olan ölkələrin – Səudiyyə Ərəbistanının Neft naziri Əli ibn İbrahim ən-Nuaymi və Rusiyanın Energetika naziri Aleksandr Novak hasilatı yanvarın 11-də razılaşdırılan səviyyədə saxlamaq barədə qərar qəbul ediblər.
Qətərin Energetika naziri Məhəmməd Saleh əl Səda deyib:
“Neft qiymətinin ucuzlaşmasının dünya üçün müsbət təsiri olmadı. OPEC və Rusiya müvəffəqiyyətli bir toplantı keçirdi”.

LEAVE A REPLY