Prezidentdən daşınar əmlakla bağlı FƏRMAN

0
3

Prezidentdən daşınar əmlakla bağlı FƏRMAN

Prezident İlham Əliyev “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176) ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsində “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materialları və məmulatları istisna olmaqla), Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarına və məmulatlarına münasibətdə)” sözləri ilə əvəz edilsin.

LEAVE A REPLY