Quş südü tortu.

0
4

Quş südü tortu.

Sizə bu tortun klassik reseptini təqdim edirik.

Lazım olan məhsullar:
Biskvit:
– 50 qr un
– 50 qr şəkər tozu
– 1 yumurta + 2 yumurta sarısı
– 1/2 ç.q. qabartma tozu
Sufle:
– 2 yumurta ağı
– 250 qr şəkər tozu
– 150 qr kərə yağı
– 100 qr qatılaşdırılmış süd (“squşonka”)
– 1 x.q. limon şirəsi
– 1 paket jelatin (10 qr)
– 1 paket vanilli şəkər tozu (10 qr)
Qlazur:
– 100 qr şokolad
50 qr kərə yağı
Hazırlanması:
1. Biskvit hazırlayırıq. 1 yumurta və 2 yumurta sarısı mikserlə yaxşı çalınır, hissə-hissə şəkər tozu əlavə olunur.
2. Un qabartma tozu ilə birlikdə ələnir və hissə-hissə ehtiyatla yumurta kütləsinə əlavə olunur, aşağıdan yuxarıya doğru qaşıqla qarışdırılır.
3. Formanın (burada diamentri 22 sm olan forma istifadə olunur) dibinə xüsusi kağız qoyulur, xəmir qoyulur, ehtiyatla hamarlanır.
4. Soba qabaqcadan 200 C qədər qızdırılır, biskvit 10-15 dəqiqə bişirilir və tam soyudulur.
5. Biskviti formadan çıxardın, formanı yuyun və biskviti aşağı (məsaməli) hissəsi yuxarıda olmaqla yenidən formaya qoyun.
6. Sufle hazırlayırıq. Otaq temperaturunda olan kərə yağını və qatılaşdırılmış südü mikserlə yaxşı çalın.
7. Jelatini 80 ml suda isladın və 10 dəqiqə saxlayın. Sonra qızdırın ki, jelatin ərisin.
8. Divarları qalın olan qazana 250 qr şəkər tozu tökün və 80 qr su əlavə edin, qarışdırın, odun üzərinə qoyun. Orta odda qarışdıra-qarışdıra 10-15 dəqiqə ərzində sirop bişirin.
9. Hazır siropu 10 dəqiqə ərzində soyudun.
10. Yumurta ağına limon şirəsini, vanilli şəkər tozunu əlavə edin və mikserlə təxminən 5-7 dəqiqə çalın.
11. Ehtiyatla sirop əlavə edin (qarışdırmanı dayandırmayın), yenə də 5 dəqiqə ərzində çalın.
12. Hissə-hissə yağlı kütləni əlavə edin, bir qədər çalın.
13. Jelatini əlavə edin (çalmağı dayandırmayın), bir qədər çalın.
14. Kütləni biskvitin üzərinə tökün, hamarlayın.
15. 3-4 saat soyuducuda saxlayın ki, donsun.
16. Qlazur hazırlayırıq. Şokoladı tikələrə bölün, doğranmış yağ əlavə edin, su hamamında əridin, bir az soyudun.
17. Şokoladı tortun üzərinə tökün, hamarlayın. Gözləyin ki, şokolad donsun. Tortun üzərini şokoladla bəzəmək olar.
18. Tortu süfrəyə verməzdən əvvəl 6-8 saat saxlamaq lazımdır ki, sufle daha sıx olsun.
Nuş olsun!

LEAVE A REPLY