Ramiz Tağıyev: “Açıqlamam çoxları üçün şok effekti yaradacaq”

0
6

“Deyiləcək çox sözüm var”

Ramiz Tağıyev: “Açıqlamam çoxları üçün şok effekti yaradacaq”
““MTN OYUNU” hələ bitməyib”

Tanınmış siyasətçi, Canımız Azərbaycan Naminə Partiyasının sədri (CANP) Ramiz Tağıyev sosial şəbəkədə paylaşdığı statusunda ölkədə baş verənlərlə bağlı status paylaşıb. O, bu günlərdə ölkə ictimaiyyətində şok yaradacaq açıqlamalar edəcəyi anonsunu verib. Statusu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
“Dostlarımdan bir çoxu nədən susduğumu sual edir. Bunu “taym-aut” hesab edin, dostlar! Danışacagam,mütləq danışacagam.Yaşasam,ömür və məni uzun illər təqib edən mafiya fürsət versə ,açıqlayacaq o qədər həqiqətlər var ki…
Zərrə qədər qorxum yoxdur,sadəcə hər açıqlamamın çoxları üçün şok effekti yaradacagını dəqiq bilirəm.Qarşımı kəsən tək məqam,cəmiyyətimizin həqiqətləri qəbul edə bilməməsidir. Etiraf edək dostlar,uzun illərdi ki,bizi yalanlarla yaşamaga alışıq ediblər. Elə götürək MTN-lə baglı baş verənləri… Məgər ,2005-ci ildə MTN-də baş verən iyrənc oyunları ifşa edib,həyatımı təhlükə altına salmamışdım?! Nəticəsi necə oldu? Bu gün siyasi gündəmdə canfəşanlıq edən müxalifət tanınmışları üstümə ley kimi şıgıdılar.Tam təkləndim. 2010-cu ilin yayında MTN təkləndiyimdən istifadə edərək ,misli görünməmiş gülünc ittihamlarla məni növbəti dəfə həbsxanaya-8 illik “ezamiyyətə” göndərdi. Həbs olunmağım üçün qurama ittihamların yaradılmasında MTN-Ə yardımçılıq edən isə əfsuslar olsun ki, “YENİ MÜSAVAT” adlanan qəzet oldu. Bu faktdır və bunu sübut etmək çox asandır.
Ölkədə yaranmış vəziyyət hər kəsə bəlli oldugundan bu barədə uzun-uzadı söhbət açmaq istəmirəm.Yaranmış böhrandan çıxış yolu var və yaxın zamanlarda təkliflərimi açıqlamağı düşünürəm. Onu da bilirəm ki,təkliflərim ölkə iqtidarını silkələyəcək qədər, psevdomüxalifətin də ciddi narahatlıgına səbəb olacaq. Çünki, iqtidarın müxalifət üçün çəkdiyi “qırmızı xətt” var. Bu xətti keçə bilməyən, icazəli müxalifət qəhrəmanları digərlərinin həmin xətti tapdalamasına belə qısqanclıqla yanaşırlar. Yəni, müxalifətin durumu çoxdan bəlli. Onların yaxaları başqa əllərdə olmasaydı, böyük ehtimalla indiki durumda bir araya gələr və uzun müddət birgə addımlayardılar. Təəssüf ki, bu mümkün görünmür,əksinə,hazırkı durumda belə, müxalifət siyasi gündəmi daxili çəkişmələrlə “zənginləşdirməyə” meyl edir. İQTİDARDAXİLİ ÇARPIŞMA isə artıq pik nöqtəsindədir.Şahmat dili ilə yanaşsaq, gedişlər tükənib, çukçvanq vəziyyəti yaranıb. “MTN OYUNU” hələ bitməyib, qalibin və yaxud məğlubun kimlərin olacagını da söyləmək hələ mümkün deyil.Bu dava hələ çox “baş”ları ağrıdacaq kimi görünür… Bəli ,DOSTLAR, durum çox ağır, artıq çörəklə və hətta ən zəruri dərmanlarla sınaga çəkilirik. Gündəlik eşitdiklərimiz bir başqa,hər addımda qarşılaşdıqlarımız isə tam başqadır. Acıları hərəmiz ayrı-ayrılıqda yaşamaqdayıq. Bəlkə,dərdlərimizi birləşdirib “DAGA” döndərək. Başqa yol varsa,Siz deyin! Hələlik bu qədər. Susdurmasalar,hələ deyiləcək çox sözüm var…”

Nicat

LEAVE A REPLY