NATO: “Türkiyənin təhlükəsizliyi üçün döyüş gəmilərimiz hazır!”
“Türkiyənin təhlükəsizliyi üçün Aralıq və Qara dənizə göndəriləcək döyüş gəmiləri hazır vəziyyətə gətirildi”.
Bu sözləri NATO-nun baş katibi Jens Stoltenberq deyib.
Baş katibin sözlərinə görə, qurum Türkiyə və Almaniyanın tələbilə Avropadakı qaçqın böhranını dəyərləndirərkən bu qərarı verib.
O həmçinin qeyd edib ki, NATO-nun Avropa, Avropaya yaxın yerlər, Yaxın Şərq, Suriya və Türkiyədə sığınacaq axtaran şəxslər və qaçqınları necə dəstəkləyəcəklərini də masaya yatıracaqlar: “Bunu Türkiyənin təşəbbüsü əsasında müzakirə edəcəyik”.