Nazir müavini: “Dərman idxalı ƏDV-dən azad edilə bilər”
Vergilər Nazirliyi dərman idxalının ƏDV-dən (faiz dərəcəsi 18 faiz təşkil edir) azad edilməsi imkanlarını istisna etmir.
Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur:
“Bu addım dövlət büdcəsinə ciddi ziyan vurmayacaq. Vergi güzəştlərinin tətbiqi taktiki gedişdir. Bu, sahibkarlığın inkişafı üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsi torpaq vergisi istisna olmaqla bütün vergi növlərinin ödənişindən azad edilib. Bu, aqrar sektora təqribən 2 milyard manata qənaət etməyə imkan verib”.