Yeməkdən sonra ağzınızı südlə yaxalayın.
Yeməkdən sonra ağız boşluğunun südlə yaxalanması ağız boşluğunda “pis” mikrobların sayını azaldır, kariesin inkişafının qarşısını alır.
Bu maraqlı qərara ingiltərə alimləri gəliblər.
Eksperiment zamanı iştirakçılar qida qəbulundan sonra ağzını əvvəl adi su, növbəti dəfə isə südlə yaxalayırdılar. Alimlər iştirakçıların ağız suyunu analiz edirdilər.
Nəticədə məlum olub ki, süd ağız boşluğuna xüsusi yaxalayıcılardan daha yaxşı təsir edir.
Adi su ilə ağız boşluğunun yaxalanmasının effekti isə az olub.