Baş nazirin sabiq birinci müavininə daha bir zərbə – Moskvadakı obyektləri əlindən alınır

0
5

Baş nazirin sabiq birinci müavininə daha bir zərbə…

Moskvadakı obyektləri əlindən alınır

Baş nazirin sabiq birinci müavini, 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki fəaliyyətinə görə Azərbaycan iqtidarının qəzəbinə gələn Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə vurulub.

“AzPolitika”ya verilən məlumata görə, A.Abbasov bu yaxınlarda bir neçə böyük ticarət obyekti üzərində nəzarətini və payını itirib.

Bu obyektlərdən biri Azərbaycan dövlətinin mülkiyyəti sayılan, uzun illərdir A.Abbasovun nəzarəti altında olan “Mosazervinzavod”dur. Burda müxtəlif adlarda konyak (“Abşeron”, “Gəncə”, “Şirvan”, “Bakı”) və “Staraya Ploşad” adlı araq istehsal olunur.

Məlumatlı mənbə deyir ki, bu zavod tam şəkildə A.Abbasovun nəzarəti altında olub. Lakin yanvar ayında baş nazirin sabiq müavininin zavodla əlaqələrinə son verilib.

Bundan başqa, A.Abbasov yəhudilərlə şərikliyi olan məşhur “Bakinskiy dvorik” restoranındakı payını da itirib. “Kutuzov” prospektində yerləşən bu restoranın dəyəri milyonlarla ölçülüb.

Xatırlatmaq yerinə düşər ki, bir qədər əvvəl A.Abbasov “Azerros” rəşkilatından da uzaqlaşdırılmışdı.

Belə görünür ki, Azərbaycan hakimiyyəti A.Abbasova 2013-cü ildəki xəyanətini bağışlamayıb və ona qarşı Moskvanın rəsmi dairələrinin münasibətini də mənfiyə doğru dəyişdirməyə nail olub. Baş nazirin sabiq müavininin Moskvadakı biznesinin də əlindən alınması belə deməyə əsas verir.

R.ƏLİYEV
AzPolitika.info

LEAVE A REPLY