Azərbaycan istehsalı olan araqlar bahalaşdı – Süni qiymət artımı

0
7

Azərbaycan istehsalı olan araqlar bahalaşdı – Süni qiymət artımı

Azərbaycan istehsalı olan spirtli içkilərin qiyməti 50 faizə qədər bahalaşıb.
AzNews.az xəbər verir ki, bahalaşma əsasən “Qəbələ” şərab zavodunun istehsal etdiyi spirtli içkilərdə müşahidə olunur. Əvvəl 4.50 manata satılan araqlar indi marketlərdə 6.30-a, 5.20-yə satılanlar isə 7.49 manata satılır.
Bəs görəsən, Azərbaycanda istehsal olunan spirtli içkilərin qiymətində bu qədər artım olmasına səbəb nədir?
AzNews.az məsələni araşdırmaq üçün “Qəbələ” şərab zavodu ilə əlaqə saxlayıb. Zavodun satış şöbəsindən bildirilib ki, qiymət artımı istehsalat üçün lazım olan məhsulların xaricdən idxal olunması ilə bağlıdır. Belə ki, içkini hazırlamaq üçün spirt Belarusdan, butulka isə Rusiyadan dollarla alınır.
Maraqlıdır ki, Rusiya və Belarusdan məhsullar niyə dollarla alınır? Xüsusilə də Rusiyada rublun Azərbaycandakından dəfələrlə çox devalvasiyaya uğradığı və spirtli içkilərin qiymətinin kəskin ucuzlaşdığı bir zamanda bu məhsullar niyə belə baha alınır?
Təbii ki, bu suallara heç bir məntiqli cavab almaq mümkün olmadı.
Xatırladaq ki, prezident İlham Əliyev süni qiymət artımına qarşı tədbirlərin gücləndirilməsi və cəzaların sərtləşdirilməsinə dair dəfələrlə çıxış edib: “O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qar

LEAVE A REPLY