“Vergilər Nazirliyi əvvəl 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıblar” – Deputatdan sensasion ittiham

0
8

“Vergilər Nazirliyi əvvəl 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıblar” – Deputatdan sensasion ittiham
alt=”"Vergilər Nazirliyi əvvəl 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıblar" – Deputatdan sensasion ittiham” title=”"Vergilər Nazirliyi əvvəl 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıblar" – Deputatdan sensasion ittiham”

Millət vəkili Fazil Mustafa yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə toxunub.

Moderator.az xəbər verir ki, o, ölkə prezidenti İlham Əliyevin çıxışlarında sahibkarlığa dəstək verilməsinin vacibliyini xatırladıb. Bildirib ki, buna rəğmən, Vergilər Nazirliyinin hərəkətləri anlaşılmazdır:

“Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdılarsa, indi qiyməti 20-30 minə qaldırıblar. Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”.

“Kinematoqrafiya haqqında” qanuna gəlincə isə, millət vəkili bildirib ki, bu qanunun yenidən hazırlanmasına ehtiyac var: “Azərbaycan kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək çün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, teleserial yoxdur. Bu pullar hara getdi?”.

LEAVE A REPLY