Ermənilər Ramil Səfərovdan əl çəkmirlər…

0
4

Ermənilər Ramil Səfərovdan əl çəkmirlər…

Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycan ordusunun zabiti Ramil Səfərovun erməni zabiti Qurgen Marqaryanı təhqiredici davranışlarına görə öldürməsini yenidən gündəmə gətiriblər.
Erməni mətbuatının yazdığına görə, Avropa Məhkəməsi Azərbaycanı və Macarıstanı Qurgen Marqaryanın ölümünə görə cavabdeh tərəflər kimi tanıyıb. Məhkəmənin bununla bağlı çıxardığı qərarda tələb olunub ki, Azərbaycan və Macarıstan tərəfi erməni zabitin qohumlarının iddiasına rəsmi cavab verməlidirlər.

Xatırladaq ki, 2004-cü ilin fevral ayında Budapeştdə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ingilis dili kursunda iştirak edən erməni zabiti Azərbaycan zabitini öz davranışları ilə elə həddə çatdırıb ki, Ramil Səfərovun onu öldürməkdən başqa çarəsi qalmayıb.

R.Səfərov 2006-cı il fevralın 13-də Budapeşt məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum olunub. 2012-ci il avqust ayının 31-də isə Azərbaycana ekstradisiya olunan Ramil Səfərov Azərbaycan prezidentinin fərmanı ilə əfv edilib. Ermənilər isə indiyədək bu addımın əleyhinə çıxmaqdan əl çəkmirlər.

LEAVE A REPLY