Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı.
Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.
İnqrediyentlər:
– 200 qr süd
– 200 qr su
– 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)
– 3 çay qaşığı yaxşı qara çay
– 1/3 çay qaşığı üyüdülmüş zəncəfil
– 1/3 çay qaşığı üyüdülmüş darçın
– 2 dənə mixək
– 2 dənə hil
Hazırlanması:
1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.
2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.
3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir.