HÜQUQ MÜDAFİƏÇİSİNDƏN “FREEDOM HOUSE”A ETİRAZ – TƏŞKİLAT SEPARATÇI REJİMİ MÜSTƏQİL DÖVLƏT KİMİ TƏQDİM EDİB

0
4

HÜQUQ MÜDAFİƏÇİSİNDƏN “FREEDOM HOUSE”A ETİRAZ…

TƏŞKİLAT SEPARATÇI REJİMİ MÜSTƏQİL DÖVLƏT KİMİ TƏQDİM EDİB

Azinforum.az xəbər verir ki, dünyanın məşhur hüquq-müdafiə təşkilatı olan “Freedom House”-un Azərbaycana qarşı növbəti qərəzli mövqeyi ortaya çıxıb. Təşkilat qondarma Dağlıq Qarabağ Respublikası üzrə qiymətləndirmə meyyarını Azərbaycandan ayrı edib və faktiki olaraq bununla qondarma subyekt müstəqil ölkə kimi xarakterizə olunub. Tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov “Freedom House” təşkilatının bu mövqeyinə kəskin etiraz edib.

O, Azinforum.az-a açıqlamasında bunları deyib:
” “Freedom House” təşkilatının “Freedom in the World 2016 ” adlı son hesabatı ilə tanış oldum. Əslində bucür hesabatlarla “Freedom House” təşkilatı özünün mahiyyətini, məqsədini və idarəetmə mərkəzini açıqlamış olur. Mahiyyət – yalan, məqsəd – hədəf ölkələri qaralamaq, idarəetmə mərkəzi – imperialist ölkələr.
Konkret olaraq, Azərbaycanla bağlı hissə isə saxtakarlığın pik həddidir. Hesabat müəllifləri Qafqazda ən qeyri-azad ölkə kimi Azərbaycanı göstərir və 16 xal verir. Ermənistana 46, Gürcüstana 64 və mövcud olmayan “Dağlıq Qarabağ Respublikasına” isə 33 xal verir. Bu, saxtakarlıq, əxlaqsızlıq və riyakarlıqdır. Dünyanın heç bir dövlətinin (Ermənistan da tanımayıb) tanımadığı bir ərazini müstəqil dövlət kimi təqdim etmək açıq qərəzin nümayişidir.
Hərçənd ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir və Dağlıq Qarabağa verilən 33 xalın üstünə Azərbaycana verilən 16 xalı toplasaq, Azərbaycan üçün 49 xal olur. Odur ki, Freedom House təşkilatının qərəzi yenə özünə qalır”.

LEAVE A REPLY