“Azəriqaz”ın işçisini döydülər: onurğası sındı

0
7

“Azəriqaz”ın işçisini döydülər: onurğası sındı

“Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən Bakının Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb. Xidməti vəzifəsini yerinə yetirən birlik işçisi abonent tərəfindən təzyiqə məruz qalıb”.
Modern.az-a istinadən bildirir ki, bu məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev hazırda əməkdaşın xəstəxanada müalicə aldığını bildirib.

Məlum olub ki, aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub: “Qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı M.Mayılov, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ağır bədən xəsarətləri yetirilib.

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən əməkdaşımıza ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub”.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

LEAVE A REPLY