Avropa Şurasının Parlament Assambleyasında görünməmiş – Saxtakarlıq…
“Avropa Şurasının Parlament Assambleyasında görünməmiş saxtakarlıq baş verdi. Bu gün Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarıldı. Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ile gizli şekilde sövdeleşerek bu qetnamenin qebulunu engellediler. Demek iclası AŞPA-nın prezidenti Aqramunt aparır, səsverməyə yaxınlaşanda qəfildən Aqramuntu çağırdılar və yerinə Vitse-prezident keçdi və səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər sesvemədə iştirak etmediyinə görə sesvermıni uzadırıq. Nəticədə Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə rədd edildi. İki faktı deyim ki, Azərbaycan nümayəndə heyyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Volterin məruzesi siyasi xarakterli olduğuna görə və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək qətnamənin qəbul olunmasının qarşısını aldılar. Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı, ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi, ona görə də balans saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmala səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər.
AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar ve məcburi köçkünlər komitəsinin sədri seçilmeyi oldu. Qeyd edim ki, AŞPA tarixində ilk dəfədir ki, Azerbaycan nümayəndə heyətinin üzvü komiteyə sədr seçilir.”
Fazil Mustafa, millət vəkili, AŞ PA – dakı nümayəndə heyətimizin üzvü