Rusiyadan Ermənistana iqtisadi zərbə
Rusiya Kənd Təsərrüfatı Nazirliyi Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının ölkə ərazisinə gətirilməsinə müvəqqəti qadağa qoyub.
Müvafiq qadağa dabaq xəstəliyinə dair qeyri-stabil epizootik vəziyyət və RF ərazisində bu xəstəliyə yoluxma riskinin yüksək olması ilə bağlıdır.
Xüsusilə, donuz, öküz, camış, qoyun və dağ keçisi də daxil olmaqla dabağa qarşı həssas olan heyvanların, bu heyvanların ət və ət məsullarının Rusiyaya ixrac edilməsinə və RF ərasinindən tranzit kimi keçirilməsinə qadağa tətbiq olunub. Həmçinin, istilik emalından keçirilməyən süd və süd məsullarının, dabaq xəstəliyinin məhv edilməsinə zəmanət verən texnologiya ilə əldə olunmayan yun və dərinin satışına qadağa qoyulub.