Səudiyyənin baş müftisi: “Şahmat haramdır”

0
5

Səudiyyənin baş müftisi: “Şahmat haramdır”

“Şahmat haramdır, çünkü vaxt ikisinə və oyunçular arasında düşmənçiliyə yol açır”.

Səudiyyə Ərəbistanının Baş müftisi Şeyx Əbdüləziz əl-Şeyxin son fitvasında belə deyilir. Baş müfti şahmatın qumara təşviq səbəbiylə də qadağan olunmasının lazımlılığına inanır.

Maraqlıdır ki, beynin gimnastikası olaraq xarakterizə edilən şahmata qarşı düşmənçilik yalnız vəhhabi din adamına aid deyil. Şiələrin ən böyük din alimlərindən sayılan Ayətullah Əli əl-Sistani də bir müddət əvvəl şahmatın qadağan olunmasının vacibliyinə toxunmuşdu. Onun dediyinə görə, 1988-ci ilə qədər İranda da 'haram' kimi qəbul edildiyindən, şahmat oyununa qadağa qoyulubmuş. Qadağa İranın mərhum dini lideri Ayətullah Xomeyni tərəfindən ləğv olunub, istinad nöqtəsi kimi “qumar olaraq istifadə olunmayacağı təqdirdə” şərti əsas götürülübmüş. Hazırda İranın beynəlxalq turnirlərdə iştirak edən Milli Şahmat Federasiyası var.

İngiltərədə nəşr olunan “Guardian” qəzeti bu məsələyə işıq tutaraq bildirib ki, məlum fitva beynəlxaq ictimaiyyət tərəfindən təəccüblə qarşılanır: “Çünki 7-ci əsrdə İranı fəth edən müsəlmanlar bu oyunu mənimsəyib və Avropaya qədər daşıyıblar”.

Qəzetin xəbərində müsəlman din adamlarına şahmatın bəxtdən çox, bacarığa söykənən oyun olduğu üçün qumardan fərqləndiyi də xatırladılıb.

BBC-yə açıqlama verən İngiltərənin şahmat çempionu Nigel Short da Səudiyyə Ərəbistanının şahmatı qadağan etməsini “böyük bir faciə” olaraq qiymətləndirib: “Şahmatın cəmiyyət üçün bir təhdid əmələ gətirdiyini düşünmürəm. Ayətullah Xomeyni belə, vaxtilə şahmatın qadağan həddindən uzaqlaşdığını qəbul etmişdi”.

Bir suala cavab olaraq verildiyi üçün baş müftinin bu fətvasının daha çox tövsiyə xarakteri daşıyacağı və imperativ qadağaya çevrilməyəcəyi güman olunur.

LEAVE A REPLY