Öskürək keçmirsə, bu təbii vasitədən istifadə edin!

0
4

Öskürək keçmirsə, bu təbii vasitədən istifadə edin!

Öskürək soyuqdəymə xəstəliklərinin ən xarakterik simptomlarından biridir. Öskürək orqanizmin təbii qoruyucu reaksiyasıdır.
Öskürəyin köməyi ilə nəfəs yolları mikroblardan, selikdən, tozdan və s. ziyanlı maddələrdən azad olur.
Öskürək, bronxit antibiotiklərlə müalicə olunmur. Xəstə sadəcə öz orqanizminə kömək etməlidir – daha çox maye içməli (bu bəlğəmin xaric olunmasını sürətləndirir) və lazım olduqda bəlğəmgətirici vasitələrdən istifadə etməlidir. Təbii bəlğəmgətirici vasitələr çox yaxşı kömək edir. Sarımsaqlı süd də bu vasitələrdən biridir.
Bu təbii dərmanı hazırlamaq üçün 2 diş sarımsaq sarımsaqəzənlə stəkana sıxılır, üzərinə 1 stəkan qaynar süd tökülür, dəmlənilir. Süd ilıq olduqda 1 çay qaşığı bal əlavə olunur və kiçik qurtumlarla içilir.
Bu tanınmış təbii vasitə həmçinin qurdqovucu təsirə malikdir və sinir siteminə sakitləşdirici təsir edir.

LEAVE A REPLY