Azərbaycanın yeni parlamentində qadın deputatların sayı artacaq

0
4

Azərbaycanın yeni parlamentində qadın deputatların sayı artacaq

Azərbaycanın qanunverici hakimiyyəti olan Milli Məclisə 2015-ci ilin payızında yeni seçkilər keçiriləcək.

Təbii ki, hər seçkidə olduğu kimi, bu dəfə də üzünü görmədiyimiz, tanımadığımız şəxslərin deputat seçilməsinin şahidi olacağıq.

Düzdür, seçkiyə 1 ildən çox vaxt qalıb və indidən kimin parlament dəhlizlərində millət vəkili kimi gəzib-dolaşacağı haqda proqnozlar səsləndirmək tez olar.

Heç şübhəsiz 2010-cu ildən bəri üzünə, çıxışlarına adət etdiyimiz və bu mövqeləri əsasında Azərbaycan ictimai-siyasi təsəvvüründə özlərinin siyasi portretlərini yaratmış deputatlardan bəziləri yenə də Milli Məclisdə qərar tutacaq. Dünya praktikasında da belədir.

Radikal dəyişiklik olanda belə, sabiq deputatların ən azı 30 faizi yenidən seçkilərə qatılır. Bu, əsasən qazanılmış təcrübənin yeni deputatlara çatdırılması, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil etmək və s. kimi məsələlərdə çox gərəklidir.

Parlament seçkilərinə qalan müddətin vaxtını nəzərə alıb, mövzu barədə konkret şəxslər haqqında konkret fikirlər səsləndirmək də düzgün deyil. Eyni zamanda onu da qeyd etməliyik ki, hətta ürəklərindən növbəti dəfə seçkilərə qatılıb mandat sahibi olmaq keçən deputatlar da “növbəti parlament seçkilərinə qatılacaqsınızmı” sualına “hələ tezdir, bu barədə düşünməmişəm” cavabını verirlər.

2015-ci il parlament seçkiləri ilə bağlı Modern.az saytına bəzi məlumatlar daxil olub.

Bildirilir ki, Azərbaycan millət vəkillərinin say tərkibindəki qadınların çəkisi artacaq.

Qadın deputatların sayının artacağı barədə fikir söyləmək üçün məntiqi baza da var desək, yanılmarıq.

Diqqət edək, bir müddət əvvəl Azərbaycan iqtidarı qadınların rayon İcra Hakimiyyəti başçılarının müavini postuna gətirilməsi barədə göstəriş verib. Bu göstərişin nəticəsində Azərbaycanın bütün rayonlarında icra başçılarının müavinlərindən biri qadındır.

Azərbaycanda qadınların ictimai-siyasi fəaliyyətinin daha yüksək fazaya daxil olması istiqamətindəki addımlar yəqin ki, gələcəkdə başqa rəsmi qurumlara da əks olunacaq.

Sözsüz ki, bu, parlamentdən də yan keçməyəcək.

Əldə etdiyimiz məlumatlara görə, 2015-ci il parlament seçkilərində deputatların say tərkibinin 30 fazini xanımlar təşkil edəcək.

Bu, bir də ona görə gözləniləndir ki, Azərbaycanda hər parlament seçkisindən sonra Milli Məclisdə qadın deputatların sayının artması təcrübəsi var.

Apardığmız araşdırmalara görə, son 20 ildə Azərbaycanda qadın deputatların sayı 4 dəfə artıb.

Gülər Əhmədovanın deputat mandatı ləğv edildikdən sonra IV çağırış parlamentin tərkibində 19 xanım millət vəkili qalıb.

Qadınların ictimai-siyasi sferada xüsusi olaraq çəkilərinin artırılması məsələsi sıradan bir hadisə deyil. Bu, mühüm hadisə olacaq…

LEAVE A REPLY