Cəzaçəkmə Müəssisəsində məhbus nəzarətçini döydü

0
5

Cəzaçəkmə Müəssisəsində məhbus nəzarətçini döydü

Bakıda Cəzaçəkmə Müəssisəsində məhkum nəzarətçini döyüb.
“Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəndə baş verib.
Müəssisədə cəza çəkən 1992-ci il təvəllüdlü Kamil Fərəcov orada nəzarətçi işləyən ədliyyə kiçik giziri, 1985-ci il təvəllüdlü Kənan Fəxrəddin oğlu Kərimovu döyüb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.

LEAVE A REPLY