Rusiya çökür: Kremldə “saray çevrilişi”nin ola biləcəyi fikri güclənir

0
4

Rusiya çökür: Kremldə “saray çevrilişi”nin ola biləcəyi fikri güclənir
alt=”Rusiya çökür: Kremldə "saray çevrilişi"nin ola biləcəyi fikri güclənir” title=”Rusiya çökür: Kremldə "saray çevrilişi"nin ola biləcəyi fikri güclənir”

Təyyarə böhranına görə bizə qarşı sanksiyalar tətbiq etmiş Rusiyada qiymətlərin kəskin artımı və bazarlarda mürəkkəb durum müşahidə olunur. Ölkə müflisləşmə həddindədir, mağaza rəfləri boşalıb, xalq lazımlı malları tapa bilmir. Rusiyanın elitar dairələri xəbərdarlıq edirlər ki, Rusiya iqtisadiyyatının iflası “saray çevrilişi”nə səbəb ola bilər.

Rusiya uçuruma gedir

Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi və bütün qapıları üzümüzə bağladı, lakin özü çətin dövrlər yaşayır. Neftin qiyməti düşür və iqtisadiyyatı iflas həddinə salır. İqtisadiyyatçılar proqnozlaşdırırlar ki, Rusiyanın xəzinəsi 2017-ci ilin ortalarına boşalacaq. “Yeni Rusiya” xülyasına düşən və həm ölkədaxili balansı qurmaqda, həm də xarici münasibətlərdə gürz üsulundan istifadə edən prezident Putinin iqtisadi siyasəti puça çıxdı. Neft qiymətinin 30 dollara düşməsi ilə milli büdcəsinin 65 %-ini neft və qaz hesabına təmin edən Rusiyanın ciddi çətinklikləri meydana çıxıb. Neftin ucuzlaşmsı davam etsə, ölkənin müflisləşmıəsi qaçılmaz olacaq.

Yeni ilin ilk 15 günündə iqtisadi göstəricilər və bazarlardakaı durum göstərir ki, Rusiyanın durumu pisləşməkdə davam edəcək. Bu neqativ mənzərnin ilkin əlamətlərini ərzaq bölmələrində müşahidə etmək olar. Tərəvəz və meyvə qiymətlərinin astronomik artımı Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar fonunda baş verir. Rusiyalılar buna cavab olaraq getdikcə daha bərkdən qışqırırlar: “Yetər, bəsdir!”

KİV-də Putinin ünvanına tənqidlər çoxalır. Türkiyəyə qarşı sanksiyalar birinci növbədə tərəvəz və meyvə idxalına toxunur və rusiyalılar ticarət köşklərində lazımi malları tapa bilmirlər. Tapanda isə qiymətlər onlar dilxor edir.

Moskvaın bəzi supermarketlərində qiymətlər 15-20% yüksəlib. Rusiyada həmişə tələbat olan xiyar indi 990 (təxminən, 39 lirə), pomidor 720 (29 lirə), kök 551 rubladır (21,7 lirə). Rusiya masasında həmişə olan meyvə-tərəvəz qıtlığını Suriyadan idxalat hesabına bağlamaq istəyirlər. 2016-cı ilin 15 günündə süd məhsulları 7 %, Rusiyada olduqca sevilən spirtli içkilər 10%, tərəvəz 11%, meyvə 15%, çörək 25% bahalaşıb. Rusiyalı məmurlar elə hey təkrar edirlər: “Ölkədə təkcə meyvə-tərəvəz yox, hər şey bahalaşıb”.

Ali İqtisadiyyat Məktəbinin professoru Aleksandr Abramov Rusiya iqtisadiyyatının durumundan danışarkən qeyd edib ki, şərait getdikcə təşvişli olur: “Fond bazarında rerkord enmə baş verib. Bir dollar 76, bir avro 83 rubla bərabər olub. Bunu neft qiymətinin enməsi, həmçinin Çin yuanının devalvasiyası ilə izah etmək olar. Lakin hər nədən olur-olsun, durum xoşagəlməzdir”.

İqtisadçı Mixail Delyaqin Moskva daşınmaz əmlak bazarındakı yeni və görünməmiş tendensiyalara diqqəti cəlb edir. O, qeyd edir ki, bu, anormal durumdur.

22 milyon əhali yoxsulluq həddində yaşayır

Beynəlxalq ehtiyatlar 510 milyard dollardan 370 milyarda enib. 2010-cu illərin əvvəlindəki 4%-lik artım tempi 1%-ə qədər düşüb. Yoxsulluğun səviyyəsi 2% çoxalıb. 22 milyon adam yaşayış minimumundan aşağı həddə yaşayır.

Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, iki ildən az bir müddət üçün ehtiyat qalıb.

Kreslo laxlayır

Rusiyada Putinin qəzəbi qarşısında müxalif dəyərləndirmələr baş vermir və bütün üsullarla boğulur. Lakin iqtisadi inkişafın əlverişsiz gedişatı ilə bağlı narazılıqlar son zamanlar artmağa başlayıb. Təhlükəyə baxmayaraq, dövlət xəzinəsinin boşalmasına görə Putini açıqca tənqid edirlər.

Ekspertlər vurğulayırlar ki, neft qiymətlərinin düşməyi davam etsə, Rusiya iqtisadiyyatı 2017-ci ilin ortalarına doğru müflisləşmə həddinə düşər, Putin isə prezident kreslosunu itirə bilər. Rusiya ziyalıları indiki Rusiya-Türkiyə münasibətlərini də ciddi tənqidə tutur. Rusiya elitar dairələrinin fikrincə, Rusiya iqtisadiyyatının iflası Putinə qarşı “saray çevrilişi”nə səbəb ola bilər.

Boşanıb. Şəxsi həyatı da gündəmdədir

Sən demə, 30 illik nikahını pozmuş Rusiya liderinin və bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın iki şərikli övladları var. Danışırlar ki, Rusiyada Kabayevanı “qeyri-rəsmi birinci xanım” adlandırırlar, Putin isə üzünün dərisini çəkdirib…

Star gazete (Türkiyə), 19.01.2016

LEAVE A REPLY