Gömrükdə ixtisarlar olacaqmı? – Açıqlama

0
4

Gömrükdə ixtisarlar olacaqmı? – Açıqlama

Hazırda Dövlət Gömrük Komitəsində ixtisarların aparılması nəzərdə tutulmur.
Bunu jurnalistlərə açıqlamasında Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bildirib.
DGK rəsmisinin sözlərinə görə, hazırda bu məsələ gündəmdə deyil.
Daha sonra İranla əməkdaşlıq məsələlərinə toxunan sədr müavini bildirib ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək: “Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır”, – deyə Ş.Bağırov qeyd edib.

LEAVE A REPLY