“Facebook”dakı statusuna görə qadına – 20 il iş

0
5

“Facebook”dakı statusuna görə qadına – 20 il iş

47 yaşlı britaniyalı Facebook statusuna görə İranda 20 il həbs cəzası alıb.

Roya Soberi Necat Nobaxt milli təhlükəsizliyə qarşı cinayət törətməkdə, eləcə də İslam müqəddəslərini təhqir etməkdə günahlandırılır. Britaniya ilə İran arasında diplomatik münasibətlərin olmaması qadının azadlığa buraxılmasına problem yaradıb.

Roya Soberi son altı ili əri ilə birlikdə İngiltərənin Stokport şəhərində yaşayıb. Cütlük eyni zamanda İran və Böyük Britaniya vətəndaşlarıdırlar.

Qadın 2013-cü ildə əri ilə İranda yaşayan qohumlarıgilə qonaq gəliblər. O, hava limanında həbs edilərək dəmir barmaqlılar arxasına salınıb. Qadının həbs edilməsinin səbəbi onun Facebook sosial şəbəkəsində İran hakimiyyəti haqqında alçaldıcı məlumatlar yazması olub. Böyük Britaniya vətəndaşı ölkənin idarəsində şəriət qanunlarının böyük rol oynadığını deyib.

Əri o zaman onun edam edilməsi təhlükəsinin olduğunu bildirmişdi. O, Britaniya mətbuatına müsahibəsində, bir daha İrana gedərsə, bu dəfə özünün həbs olunacağından qorxduğunu deyib.

LEAVE A REPLY