“Etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bəzi rayonlarda baş verən etiraz aksiyalarına münasibət bildirib.
M.Quliyev jurnalistlərə bildirib ki, baş verən aksiyalar manatın devalvasiyası ilə bağlı deyildi.
O qeyd edib ki, sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər: “Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.
M.Quliyev əlavə edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: “Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq”.