Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verib

0
8

Ərdoğan Kamal Kılıçdaroğlunu məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub.

Məlumata əsasən, kürd silahlılarına qarşı hərbi əməliyyatların aparılmasını pisləyən bir qrup alimin həbsini şərh edən K. Kılıçdaroğlu Ərdoğanı diktator adlandırıb.

Qeyd edək ki, Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 4 ilədək həbs oluna bilər.

LEAVE A REPLY