Azərbaycanda 43 bankın sayı 50 faizə qədər azalacaq

0
6

Azərbaycanda 43 bankın sayı 50 faizə qədər azalacaq

“İkinci devalvasiyadan sonra banklar birmənalı şəkildə itkilərlə üzləşib. Bu üzləşmə də davam etməkdədir. Kommersiya bankları üzərinə götürdüyü öhdəlikləri icra etmək məcburiyyətindədir”. Bunu Modern.az saytına bank üzrə ekspert bildirib.

Ekspert deyib ki, proses gələcəkdə səhmdarların ümumi nizamnamə kapitalının azalmasına doğru aparır:

“Eyni zamanda Mərkəzi Bank tərəfindən Nizamnamə kapitalı ilə bağlı addım atılmadıqca, kapital azaldıqca, birmənalı şəkildə bankların birləşməsi istisna olunmur. Mərkəzi bankın 50 milyonluq nizamnamə kapitalını ödəyə bilməyən banklar digərlərinə birləşməlidir ki, həmin tələbləri yerinə yetirə bilsin. Proseslər kommersiya banklarının sayının azaldılmasına doğru getdiyini göstərir. Həmçinin ictimaiyyətə açıq olmayan bankların bağlanması və ya nisbətən iri banklara birləşdirilməsi də istisna deyil.

2015-ci ilin məlumatına görə Azərbaycanda 200 kredit təşkilatı var ki, bunlardan 43-ü bankdır. Ləğvetmə prosesində olan banklar bura daxil deyil. Bununla belə, 43 bankın da sayı 50 faizə qədər azalacaq. Burada səhmdarların qərarı önəmli olacaq. Bundan əvvəl banklar üçün müəyyən olunan 50 milyon Nizamnamə kapitalı tələbi qoyulanda banklar bir araya gəlib nizamnamə paylarını bərpa etdilər”.

Ekspert bildirib ki, maddi durumu çətin olan müştərilər ödəniş qabiliyyətini itirdikcə bankların itkiləri qaçılmazdır:

“Manatın 2-ci devalvasiyasından sonra dollarla olan kreditlərdə itkilər var. Ümid edirik ki, dövlət tərəfindən bu yöndə hansısa addım atılacaq. Bundan sonra bərpa olunma meyarları müəyyən olunsa, bankların birləşdirilməsi qərarını səhmdarlar özləri müəyyən edəcəklər. Mərkəzi Bankın lisenziyası əsasında bankın şöbəsi kimi fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanmasının həm müsbət, həm də mənfi cəhətləri var. Məntəqələrin bağlanmasının müsbət tərəfi bankın xidmət sferası olaraq nağdsız köçürmələrini daha da genişləndirməyə imkan yaradır. Mənfi tərəfi odur ki, nağd köçürmələrdə “qara bazar”ın yaranmasına rəvac verir”.

LEAVE A REPLY